Cəlilabadda 31 yaşlı qadın yol qəzasında xəsarət aldı

 03:20 13.02.2020     697

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Sərxanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində kənd sakini, 1989-cu il təvəllüdlü Nəzərova Xalidə Cahangir qızı xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. //Report.az