Bakıda avtomobil piyadanı vurub

 03:43 13.02.2020     730

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Sabunçu bazarının yaxınlığında qeydə alınıb.

35-40 yaşlı Samir adlı şəxsi minik avtomobili vurub. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. //APA