Türkiyəli kişi azərbaycanlı həyat yoldaşına şok yaşatdı

 13:14 13.02.2020     779

Türkiyə vətəndaşı azərbaycanlı qadının etibarından sui-istifadə edərək evinə, avtomobillərinə sahiblənib.

Redaktor.az bildirir ki, Mustafa ilə Pərvanə 1 il əvvəl Bakıda evləniblər. Bu nikahdan cütlüyün bir övladı var. Məsələ burasındadır ki, Mustafa uşağı da Pərvanənin əlindən alıb. Antalyada yaşayan kişi qadının əmlakını mənimsədikdən sonra Azərbaycanı tərk edib.

Hər şeyi əlindən çıxan qadın Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramına gələrək kömək istəyib. Mustafa uşağı Türkiyədə doğulmasını istədiyindən Pərvanə uşağı orada dünyaya gətirib. Uşağın qırx günü çıxmamış Mustafa ciddi probleminin yarandığını deyərək Pərvanəni Bakıya çağırıb. Pərvanə yeni doğulmuş körpəsini Antalyada qayınanasının yanında qoyub Bakıya qayıdır. Gəldikdə isə hər şeyinin əlindən çıxdığının şahidi olur. Mustafa sənədlərini əlindən aldığından Türkiyəyə də gedə bilmir və uşağına qovuşa bilmir. // Baku.ws