Sabunçuda yanğın olub

 15:33 13.02.2020     677

Bakının Sabunçu rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.