Ağstafada bədbəxt hadisə baş verib

 19:37 13.02.2020     645

Evin damından yıxılan Ağstafa sakini ölüb

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb. Kənd sakini, 1958-ci il təvəllüdlü Həsənov Alim Mirzəli oğlu evin damında işləyən zaman yıxılıb. Dərhal xəstəxanaya yerləşdirilən A.Həsənovu xilas etmək mümkün olmayıb. // APA