Tovuzda avtomobil aşıb

 21:45 13.02.2020     651

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın yerli bürosunun məlumatına görə, rayonun Aşağı Quşçu kəndində “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Qəza zamanı 2 nəfər xəsarət alıb. Xəsarət alanlar rayon sakinləri 1993-cü il təvəllüdlü Əkbərov Arzu Süleyman oğlu və 1996 ci il təvəllüdlü Bayramov Allahverdi Sahib oğludur. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. //APA