Ucarda yanğın oldu

 22:21 13.02.2020     806

Ucarda yanğın hadisəsi olub.

Redaktor.az bildirir ki, hadisə axşam saatlarında Alpout kəndində qeydə alınıb. 

Kənd sakini, 1968-ci il təvəllüdlü Mübariz Mikayılova məxsus 2 mərtəbəli 6 otaqdan ibarət ümumi sahəsi 300 kvadratmetrlik olan fərdi yaşayış evində yanğın baş verib. Hadisə zamanı ev əşyaları ilə birlikdə tamamilə yanıb. Hadisə yerinə FHN-nin Ucar Rayon yanğından mühafizə hissəsinin yanğınsöndürən maşın və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı ölən və xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Fakt araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən