Bakıda sərnişin avtobusu piyadanı vurub

 02:47 14.02.2020     454

Bakının Sabunçu rayonunda sərnişin avtobusu qəza törədib.

Redaktor.az xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində baş verib.

105 saylı marşut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü idarəetməni itirirərək yol kənarında hərəkət edən 1961-ci il təvəllüdlü Abbasov Nofəl Bayram oğlunu vurub. Yaralı 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. //APA