Şirvanda yeni doğulan körpə ölüb

 08:03 14.02.2020     548

Şirvan şəhərində 2 gün əvvəl doğulan körpə ölüb.   

Redaktor.az-ın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul sakini, 1999-cu il təvəllüdlü Mecdinova Türkan Güləhməd qızı fevralın 12-də oğlan uşağı dünyaya gətirib. Bu gün səhər saatlarında körpə ölüb.

 Körpənin meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. //APA