Bakıda itkin düşən 23 yaşlı qız tapılıb

 09:45 14.02.2020     572

Bakıda itkin düşən qız tapılıb.

Redaktor.az-ın məlumatına görə, Nərimanov rayonu, Alı Alıyev küçəsində yaşayan, 1997-ci il təvəllüdlü S.Q-nın fevralın 11-də saat 19:00 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması barədə ailə üzvlərindən “102 Zəng Xidməti”nə müraciət daxil olub.

Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S. Q. tapılaraq ailəsinə təhvil verilib. //APA.az