Avtomobillərdən oğurluq edən şəxslər tutulub

 10:10 14.02.2020     582

Bakıda avtomobilləri qarət edən şəxslər saxlanılıb.

Redaktor.az-ın məlumatına görə, Binəqədi Polis İdarəsinin 6-cı Polis Bölməsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin iyunun 24-də E. Veysəlov, bu ilin yanvarın 21-də M. Şabanov, fevralın 2-də isə A. Allahyarov və Z. Sadıqova məxsus avtomobillərdən oğurluq edən Bakı şəhər sakini 1991-ci il təvəllüdlü  N.Səlimov və Yevlax rayon sakini, 1997-ci il təvəllüdlü İ. İsgəndərov şübhəli bilinərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır. //APA