“Google Maps”-dən azərbaycanlılara ÇAĞIRIŞ

 10:12 14.02.2020     947

Yeni qlobal layihəyə start verilir, layihə ilk olaraq Bakıdan başlayacaq. “Bakı Google Maps”də adlı layihədə şəhərimiz geniş formatda "Google Maps"-də yerləşdiriləcək.

Redaktor.az bildirir ki,  iştirak edən şəxslər gələcəkdə Google-da karyera qurmaq imkanını genişləndirə bilər.  Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir. Layihədə iştirak olduqca asandır:

1. "Street View" proqramını yükləyirsiz

2. Daxil olursuz - "Private" (личный)

3. Və olduğunuz yerin şəkilini çəkirsiniz

Saat fərqimiz olduğu üçün təsdiqlənmə biraz gecikə bilər. Əgər yerləşmə düzgün və çəkilən şəkillər keyfiyyətlidirsə, Google tərəfindən təsdiqlənəcək. Təsdiqlənməni isə "Google Maps"-ə daxil olaraq izləyə bilərsiz.