Şabranda 26 yaşlı oğlan bıçaqlandı

 11:31 14.02.2020     943

Şabran rayonunda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az bildirir ki, Şabran rayon sakini, 1994-cü il təvəllüdlü Məhsimov Həkim Elşən oğlu müxtəlif bıçaq xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağırdır.

Hadisəni törətməkdə şübhəli bilinən Şabran rayonu sakini, 1992-ci il təvəllüdlü Həmidov Məmmədşah Rasim oğlu saxlanılıb.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.