Bakıda qəza: qadın xəsarət aldı - FOTOLAR

 16:37 14.02.2020     887

Bakının Sabunçu rayonunda yol qəzası baş verib.

Redaktor.az bildirir ki, Ramana-450 (“Şuşa şəhərciyi”) qəsəbəsinin ərazisində yol kəsişməsində “Mercedes” markalı yük avtomobili ilə minik maşını toqquşub.  

Qəza nəticəsində minik maşınında olan qadın xəsarət alıb, avtomobillərə ziyan dəyib. Yaralı hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbləri araşdırılır. // APA