İmişlidə yol qəzası baş verib, ölən və yaralananlar var

İmişli rayonunda yol qəzası baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə bu gün saat 20 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Şahverdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı avtomobil heyvanı vurub, maşında olan şəxslərdən biri ölüb və xəsarət alanlar var. //Report.az