Azərbaycanda AĞIR yol qəzası - Ölən və xəsarət alanlar var

 21:46 14.02.2020     570

Ağstafa rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az bildirir ki, avtoqəza rayonun Kor Xəlifəli kəndində qeydə alınıb.

Məlumata görə, "VAZ 2106" markalı minik maşını yoldan çıxaraq aşıb. Nəticədə sərnişinlərdən biri - 1959-cu il təvəllüdlü İsmayılova Sara Əsəd qızı dünyasını dəyişib. Avtomobildə olan digər 3 nəfər - 1987-ci il təvəllüdlü İsmayılova Gülnar Malik qızı, 1986-cı il təvəllüdlü İsmayılov Fərrux Şöhrət oğlu və 2013-cü il təvəllüdlü İsmayılov Turxan Fərrux oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. // APA