Bakıda piyadanı vuran sürücü qaçdı

 23:47 14.02.2020     1103

Bakının Xəzər rayonunda piyadanı avtomobil vurub.

Redaktor.az xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib.

1984-cü il təvəllüdlü Məmmədov Rövşən Ramiz oğlu yolu keçmək istəyərkən onu minik avtomobili vurub. Sürücü hadisə yerindən qaçıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. //APA