Bakıda zəncirvarı yol qəzası baş verib, xəsarət alan var - FOTO

Bakının Nizami rayonunda 4 avtomobil toqquşub, 1 nəfər xəsarət alıb.
Redaktor.az xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.
"Renault" markalı nəqliyyat vasitəsinin qarşısına qəfil piyada çıxıb. Bu zaman ard-arda iki "Opel" və "Mitsubishi" markalı avtomobillər bir-birinə çırpılıb. Qəza zamanı "Opel Astra" markalı avtomobildə sərnişin xəsarət alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. //APA




