Qubada oğul atasını öldürüb

 09:34 15.02.2020     1290

Qubada oğul atasını öldürüb.

Redaktor.az-ın verdiyi məlumata görə, hadisə rayonun Birinci Nügədi kəndində qeydə alınıb.  Aralarında yaranan şəxsi münaqişə zəminində 2001-ci il təvəllüdlü Şükürov Mətləb Bəşarət oğlu atası Şükürov Bəşarət Ramazan oğlunu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.  

Faktla bağlı Quba rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. //APA