Prokurorluq əməkdaşları işdən çıxarılıb - Məsuliyyətə cəlb olunanlar var

 11:20 15.02.2020     851

Fevralın 14-də prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Redaktor.az xəbər verir ki, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, 2019-cu ildə xidməti, icra və əmək intizamının pozuntusu hallarına qarşı, işində və xidmətdən kənar fəaliyyətində qanunsuzluqlara münasibətdə prinsipial mübarizə xətti davam etdirilmiş, müxtəlif pozuntulara yol verdiklərinə görə 54 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, onlardan 44 nəfərə töhmət və şiddətli töhmət elan edilib, 8 əməkdaş isə tutduğu vəzifədən azad edilib.

Prokurorluqda xidmətlə bir araya sığmayan kobud qanunsuzluqlara yol verdiklərinə görə 2 əməkdaşın prokurorluq orqanlarından xaric edildiyi diqqətə çatdırılıb. Xidməti, icra və əmək intizamının daim diqqət mərkəzində saxlanıldığını bildirən Baş prokuror, mənfi təzahürlərə, qeyri-prosessual münasibətlərə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək neqativ hallara, qanun pozuntusu və nöqsanlara, prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verən prokurorluq işçiləri barəsində ciddi cəza tədbirlərinin görüləcəyi xüsusi vurğulanıb.