Bakıda daha bir marşrut xətti üzrə avtobuslar yenilənir

 14:00 15.02.2020     1551

111 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaya "İsuzu Novociti" markalı avtobuslar cəlb ediləcək.

Bakı Nəqliyyat Agentliyindən Redaktor.az-a verilən məlumata görtə, qurumun tələbinə əsasən, "BMH” MMC şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 4 ədədini "İsuzu Novociti" markalı nəqliyyat vasitəsi ilə əvəz edib. Xətt üzrə digər avtobusların da yeni nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir. Yaxın vaxtlarda daha 10 ədəd eyni model avtobusların gətirilərək xəttə buraxılması nəzərdə tutulub. 

Lökbatan qəsəbəsi daxilində fəaliyyət göstərən 111 nömrəli müntəzəm marşrut xətti üzrə yeni avtobuslar sərnişinlərin istismarına fevralın 17-dən veriləcək. //APA