Bakıda sərnişin avtobusunda koronavirus həyəcanı - Kişi bir anda... / VİDEO

 11:59 18.02.2020     7594

Bakıda sərnişin avtobusunda kişinin halı pisləşib.

Redaktor.az xəbər verir ki, "7A" nömrəli sərnişin avtobusuna minən orta yaşlı kişinin qeyri-adi hərəkətləri diqqət çəkib. Əvvəlcə onun sərxoş olduğu düşünülsə də, sonradan məlum olub ki, özünü narahat hiss edir, başında güclü ağrılar var. O, sərnişinlərin köməyi ilə boş oturacaqda əyləşdirilib.

Qeyd edək ki, sözügedən şəxsin narahatçılığı sərnişinlər arasında koronavirusla bağlı qorxu yaradıb.