Koronavirus

“Sədərək”də itkin düşən qadın tapıldı

 10:34 21.02.2020     3971

Bakıda qadın itkin düşüb.

Redaktor.az bildirir, hadisə fevralın 18-də, saat 14 radələrində Qaradağ rayonu, “Sədərək” Ticarət Mərkəzində qeydə alınıb.

Belə ki, Salyan rayon sakini, 1988-ci il təvəllüdlü A.Qarakişiyeva “Sədərək” Ticarət Mərkəzində itkin düşüb.

Daha sonra onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Qarakişiyeva müəyyən olunaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. // Report