Hafiz Hacıyevlə bağlı üzücü xəbər - Xəstəxanaya getdi və...

 15:14 21.02.2020     1734

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətində problem yaranıb.

Redaktor.az-ın məlumatına görə, o, bu barədə Axeber.az-a bildirib.

H.Hacıyev ürəyində yaranan problemlə əlaqədar xəstəxanaya müayinəyə getdiyini deyib: "Hələ ki, müayinə üçün gəlmişəm. Ola bilər ki, həkimin məsləhətilə burada qalıb müalicə olunmağıma ehtiyac olsun".