Azərbaycanda dəhşətli qəza

 14:00 22.02.2020     903

Lerik rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Redaktor.az-ın məlumatına görə, hadisə Orand kəndi ərazisində çətin keçilən dağ yolunda qeydə alınıb. 

Belə ki, UAZ markalı avtomobil dərəyə aşıb. Nəticədə bir azyaşlı uşaq hadisə yerində ölüb.

Yaralılardan biri Lerik Rayon Mərkəzi Xəstəxanasına, digəri isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Lənkərana aparılan yaralı yolda ölüb. Qəza zamanı avtomobildə bir ailənin 6 üzvü olub. 

İlkin məlumata görə, hadisəyə ərazidəki qalın qar və buz örtüyü səbəb olub.

Faktla bağlı araşdırma aparılır. //Oxu.az