Şabranda yük maşını aşıb, xəsarət alan var - FOTO

 14:10 22.02.2020     890

Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Redaktor.az-ın verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun rayonun Uzunboyad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1953-cü il təvəllüdlü Novruzov Fərman Məhəmmədəli oğlunun idarə etdiyi yük maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

İlkin tibbi yardımdan sonra o, paytaxtda yerləşən tibb müəssisələrindən birinə aparılıb.  

Faktla bağlı araşdırmalar davam etdirilir. //APA

222