Minik avtomobili "TİR"la toqquşub, xəsarət alanlar var

 16:08 22.02.2020     1158

Ucarda 5 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az-ın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saatlarında Bakı-Qazax yolunun Ucar rayonunun Qaradağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1964-ci il təvəllüdlü Eldar Tofiq oğlu Qarayevin idarə etdiyi "Mercedes" markalı minik maşını ilə Türkiyə vətəndaşının idarə etdiyi "TİR" toqquşub. Qəza nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir.

Maşında sıxılmış vəziyyətdə qalan şəxsləri Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çıxarıb. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. //APA