Gəncə sakini dərmandan zəhərlənib

 03:15 23.02.2020     1391

Gəncədə qadın dərman içərək zəhərlənib.

Redaktor.az-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti Gəncəvi qəsəbəsində qeydə alnıb.

1993-cü il təvəllüdlü Abdullayeva Maral Rasim qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

M.Abdullayevanın hansı dərmandan zəhərlənməsi məlum deyil. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır. //APA