Ağstafada mağazada yanğın qeydə alınıb

 04:45 23.02.2020     1491

Ağstafa rayonunda ümumi sahəsi 100 m² olan, bir dam altında tikilən mağazaların lambirindən ibarət tavanı və dam örtüyü 40 m² sahədə, içərisindəki mallar 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, bitişik mağazalar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.