Bakıda polislər qadının həyatını xilas etdilər - VİDEO

 06:33 23.02.2020     2134

Bakıda qadın xidmət aparan polis avtomobilinin qarşısında yıxılıb.

Redaktor.az-ın xəbərinə görə, hadisə bu gün axşam saatlarında paytaxt küçələrinin birində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən qadının halı anidən pisləşib və müvazinətini itirərək yerə yıxılıb. 

Bu zaman ərazidə olan Post Patrul Xidmətinin əməkdaşları qadına ilkin yardım göstərib, daha sonra onu xəstəxanaya çatdırıblar.

Hadisə anı digər avtomobildə olan video qeydiyyatçı vasitəsi ilə lentə alınıb. İlkin məlumata görə, hazırda qadının vəziyyəti yaxşıdır. //Report