Yol qəzasında bir nəfər xəsarət alıb - Sumqayıt

 01:23 23.02.2020     636

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın yerli bürosunun məlumatına görə, qəza şəhərin Sahil küçəsində qeydə alınıb.

"VAZ 2110" markalı avtomobil "Opel" markalı minik maşını ilə toqquşub. Avtoqəza nəticəsində "Lada"nın sürücüsü 1991-ci il təvəllüdlü İsmayıllı Cavid İsrail oğlu xəsarət alaraq Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. //APA

22222