SON DƏQİQƏ: Naxçıvanda zəlzələ olub

 11:20 23.02.2020     9082

Türkiyə-İran sərhədində zəlzələ Naxçıvanda hiss edilib.

Redaktor.az-ın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 09:52-də Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 4-3 bala qədər hiss olunub.