Şəkidə it bir neçə nəfəri dişlədi

 16:26 23.02.2020     902

Şəkidə it sakinlərə hücum edib.

Redaktor.az bildirir ki, hadisə rayonun Qırxbulaq kəndində baş verib.

İt sakinlərə hücum edərək 2014-cü il təvəllüdlü Hüseynov Vüsal Nadir ogluna, 2011-ci il təvəllüdlü Əlili Adəm Polad oğluna və 2008-ci il təvəllüdlü Əlifov Cəlal Cavanşir oğluna xəsarət yetirib. Xəsarət alanlar yaxınları tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstəxanada yaralılara yardım göstərilib və onlar quduzluğa qarşı peyvənd olunub.

Yaralıların hər üçünün müalicələri davam etdirilir. //Report