Kürdəxanıda qadını maşın vurub öldürüb

 18:28 23.02.2020     1279

Bakıda yolu keçən qadını maşın vuraraq öldürüb.

Redaktor.az bildirir ki, hadisə paytaxtın Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Taksi fəaliyyəti ilə məşğul olan avtomobil yolu keçmək istəyən qadını vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. //APA