İrandakı zəlzələ yenidən Naxçıvanı da silkələdi

 21:05 23.02.2020     753

Saat 20:00-da Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində 5,8 maqnitudada növbəti zəlzələ qeydə alınıb.

Bu barədə Redaktor.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 3-4 bala qədər hiss olunub.