Salyanda ikimərtəbəli ev yanıb

 00:15 24.02.2020     632

Salyan rayonunda ümumi sahəsi 210 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 35 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.