Azərbaycanda məktəblərlə bağlı qərar verildi - VACİB XƏBƏR!

 20:57 26.02.2020     2941

NazirlərKabineti “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qərar verib.

Redaktor.az-ın məlumatına görə, qərara əsasən, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır.

Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris ili iki yarımilə bölünür:

- birinci yarımil: 1 oktyabr – 26 yanvar;

- ikinci yarımil: 1 fevral – 31 may.

Ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır. Ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil

səviyyələri üzrə tədris ili iki yarımilə bölünür: