Hüsniyə AzTV-dən gedib

 19:25 13.03.2020     796

Aparıcı Hüsniyə Məhərrəmova AzTV-dən gedib.

Redaktor.az xəbər verir ki, o, iki aydan çoxdur telekanalla yollarını ayırıb. Onun aparıcısı olduğu "1AzTV" proqramına isə Aydan Axundzadə aparıcılıq edir.

Məsələ ilə bağlı Axşam.az-ın suallarını cavablandıran Məhərrəmova artıq yeni bir layihədə işə başladığını bildirib:

"İki beynəlxalq layihədə yer almışam. Onlardan biri xarici şirkətlə işbirliyimdir.

Aparıcılıq hobbimdir, bundan da uzaqlaşmıram. Ona görə də bir xarici şirkətin videolayihəsində aparıcı olacam. Burada kastinqə qatıldım və seçildim. Mənimlə yanaşı başqa bir ölkədən aparıcı oğlan da olacaq". //Axşam