Baş Prokurorluqdan xəbərdarlıq - Yalan məlumat yayanlar cəzalandırılacaq

 14:43 16.03.2020     910

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov koronavirusla bağlı “ASAN Radio”ya müsahibə verib.

Redaktor.az xəbər verir ki, koronavirusla əlaqədar şayiə yayanların barəsində hüquqi məsuliyyət tədbirlərinin görülməsi ilə bağlı “ASAN Radio”ya müsahibə verən Eldar Sultanov bildirib ki, bəzi kütləvi informasiya vasitələri və ayrı-ayrı sosial şəbəkə istifadəçiləri Daxili İşlər Nazirliyi və Baş Prokrorluğun xəbərdarlıqlarından nəticə çıxarmayaraq, həqiqəti əks etdirməyən və cəmiyətdə süni ajiotaj yaratmağa hesablanmış şayiələr yayır:

“İctimaiyyətdə yalnış fikir formalaşdırması məqsədi güdən və qəsdən bu kateqoriyadan olan informasiyaların yayılmasını həyata keçirən KİV-lər, o cümlədən sosial şəbəkə istifadəçilərini bir daha xəbərdar edirik ki, gələcəkdə bu qəbildən olan qanunazidd hərəkətlərini davam etdirəcəkləri təqdirdə, barələrində cinayət məsuliyyəti də daxil olmaqla, ən ciddi qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaqdır”

Yanlış fikrin formalaşmasına xidmət edən məlumatları yayan şəxslərin cəzalandırılması ilə bağlı məlumat verən Eldar Sultanov əlavə edib ki, bəzi KİV-lər və sosial şəbəkələrdə cəmiyyətdə süni ajotaj yaradılmasına maraqlı olan şəxslər tərəfindən bir neçə gün əvvəl guya koronavirusa yoluxmuş şəxsin xəstəxanada vəfat etməsi ilə bağlı bir səsyazısı yayılıb. İctimaiyyətdə yanlış fikrin formalaşmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən Baş Prokrorluq tərəfindən dərhal təkzib olunub:

 

"Eyni zamanda aparılmış araşdırmalarla həmin şəxsin xəstəxanada ağciyərlərin pnevmoniyası səbəbindən vəfat etməsi müəyyən olunmuş və bu barədə ictimaiyyətə məlumat verilməklə həmin məlumatı yayan KİV-lərə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq rəsmi xəbərdarlıq edilib. Fürsətdən istifadə edərək sonda Azərbaycan Respublikasının Baş Prokurorluğu olaraq vətəndaşlarımızı belə yalan məlumatlara inanmamağa, yalnız səlahiyyətli dövlət orqanlarının rəsmi məlumatlarını nəzərə almağa çağırıram”

 

 

Vumart və Güvən reklamı Vumart Güvən