Koronavirus bu tarixdə bitəcək - Zirəddin Rzayevin proqnozu

 11:37 17.03.2020     1253

Tanınmış ekstrasens Zirəddin Rzayev koronavirusun yayın sonuna qədər tamamilə aradan qalxacağını, virusun Azərbaycanda elə də ağır keçməyəcəyini söyləyib.

Redaktor.az bildirir ki, öngörücü hələ 2 il öncə dünyanı xərçəngdən daha qorxunc xəstəliyin bürüyəcəyini və onun kütləvi insan ölümlərinə səbəb olacağını deyib.

Zirəddin Rzayev virusun ən gec 3 həftə içərisində nəzarətə alınacağını, yayın sonuna qədər də tamamilə yox olacağını deyib. O, başqa virusların da görünə biləcəyini söyləyib. Lakin yayılma ehtimalı olan növbəti virus koronavirus qədər təsirli olmayacaq.

Zirəddin Rzayev koronavirusun Azərbaycanda Çin və Avropa ölkələrinə nisbətən daha yüngül keçəcəyini söyləsə də, ölüm hallarını da istisna etmədi. //Bizimyol.info