Bakı Media Mərkəzi koronavirusla bağlı videoçarxlar hazırlayıb - VİDEO

 10:23 25.03.2020     1179

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarxlar hazırlayıb.

Redaktor.az-ın məlumatına görə, videoçarxlarda koronavirusla mübarizə üsulları, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsi təşviq olunur.

Əsas məqsəd vətəndaşların maarifləndirilməsi və məlumatlandırılmasıdır.