Sabah hava necə olacaq? - PROQNOZ

 13:44 25.03.2020     743

Martın 26-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Departamentindən Redaktor.az-a verilən məlumata görə, martın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8° isti, gündüz 12-16° isti, Bakıda  gecə 6-8° isti, gündüz 14-16° isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək - 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.     

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər  bəzi yerlərdə  duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 5-10° isti, gündüz  15-20° isti, dağlarda gecə 0-5°  isti, gündüz  7-12° isti olacaq.

Vumart və Güvən reklamı Vumart Güvən