“Sınıq Körpü” keçid məntəqəsindən istifadə vaxtı dəyişdirildi rəsmi

Gürcüstandan qayıdan Azərbaycan vətəndaşlarının, eləcə də əks tərəfə hərəkət edən Gürcüstan vətəndaşlarının “Sınıq Körpü ” sərhəd keçid məntəqəsindən istifadəsi üçün verilən vaxta dəyişiklik edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, dəyişikliyə əsasən vətəndaşlar sərhəd keçid məntəqəsindən yalnız saat 10:00-dan 12:00-dək istifadə edə biləcəklər. Daha əvvəl isə verilən vaxt saat 10:00-dan 18:00-dək idi.
Dəyişikliyin yük daşımalarına şamil edilmədiyi bildirilib.