Analitik Ekspertiza Mərkəzi də KMDF-yə vəsait köçürüb

 14:44 25.03.2020     1111

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident cənab İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli Fərmanla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, Mərkəz Fonda 50 min manat məbləğində vəsait köçürüb.