Salyanda yanğın oldu

 16:02 25.03.2020     354

Salyan rayonunun Dayıkənd kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli, 4 otaqlı, tavanı qamışdan ibarət evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən