Göygöldə gənci elektrik cərəyanı vurdu

Göygöl rayonunda yerli sakini elektrik cərəyanı vurub.
Redaktor.az bildirir ki, hadisə Yeni Qızılca kəndində qeydə alınıb.
Yerli sakin, 1991-ci il təvəllüdlü Asim Qurbanovu elektrik cərəyanı vurub. O, xəstəxanaya aparılıb. A.Qurbanovun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır. // Report