Azərbaycanda 34 yaşlı kişini qatar vurub

 09:58 26.03.2020     589

Hacıqabulda 34 yaşlı kişini qatar vurub.

Redaktor.az-ın məlumatına görə, hadisə Hacıqabul rayonunun Navahı kəndində baş verib.

Kənd sakini, 1986-cı il təvəllüdlü Rəhimov Elvin Səttar oğlunu qatar vurub.

Yaralı ayaq barmaqlarının travmatik amputasiyası, çoxsaylı xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faklta bağlı araşdırma aparılır. //Oxu.az