Bakıda qadına qarşı soyğunçuluq edilib

 11:07 26.03.2020     1242

Bakıda qadına qarşı soyğunçuluq edilib.

Redaktor.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, F. İbrahimbəyov küçəsində qeydə alınıb. 

Naməlum şəxslər E. Qasımovaya xəsarət yetirərək, içərisində qızıl və mobil telefonu olan çantasını alıb qaçıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri - əvvəllər məhkum olunmuş Ə. Məmmədov saxlanılıb. Digər şəxsin də kimliyi müəyyənləşdirilib. 

Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır. //APA