Qonşusunu "lapatka" ilə öldürdü - Ucarda qətl

Ucarda qətl hadisəsi baş verib.
Redaktor.az bildirir ki, hadisə rayonun Yuxarı Şilyan kəndində baş verib.
Kənd sakini, 1960-ci il təvəllüdlü Mövlan Muxtar oğlu Mustafayev qonşusu, 1958-ci il təvəllüdlü Qəzənfər Səftər oğlu Musayevi torpağı belləmək üçün nəzərdə tutulan "lapatka" ilə vurub.
Q.Musayev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır. // Report