Qaxda sürücü sükan arxasında öldü

Bu gün axşam saatlarında Qax şəhərinin Heydər Əliyev prospektində ölüm hadisəsi baş verib.
Redaktor.az bildirir ki, rayonun Qaxbaş kənd sakini, 1980-ci il təvəllüdlü Anar Diniyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən qəfildən halı pisləşib və sükan arxasında ölüb.
İlkin müayinə zamanı A.Diniyevin ürək çatışmazlığından öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır. // APA